Paşinyan nazirlərin istefa verdiyini təsdiqlədi
    • Bu gün, 10:51
    • 106

Paşinyan nazirlərin istefa verdiyini təsdiqlədi

Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat və sosial şəbəkələrdə yayılan məlumatları təsdiqləyərək bir neçə yüksək vəzifəli məmuru istefaya çağırdığını bildirib.

News24.az xəbər verir ki, Paşinyan bu barədə öz sosial şəbəkə səhifəsində yazıb.

“Mətbuat və sosial şəbəkələrdə yayılan geniş müzakirələri nəzərə alaraq, bəyan edirəm ki, bir sıra yüksək vəzifəli məmurlara vəzifələrini tərk etmələri ilə bağlı müraciət etmişəm. Bu müraciətimin şəxsi deyil, sistematik səbəbləri var, mən bunu əvvəlcədən açıq şəkildə ifadə etmişəm”, – baş nazir qeyd edib. 

Xatırladaq ki, bazar günü axşamı erməni mətbuatı baş nazirin bir sıra mühüm nazir və dövlət orqanlarının rəhbərlərini istefaya göndərmək qərarına gəldiyi barədə məlumat yayıb. Xüsusilə, daxili işlər naziri Vağe Kazaryan, Korrupsiya ilə Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan, İstintaq Komitəsinin sədri Argişti Kyaramyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Badasyan və ərazi idarəetmə naziri Gnel Sanozyan istefa verib.

Aynurə