"Tale Heydərov Azərbaycan vətəndaşıdır" - AÇIQLAMA
    • 2-07-2019, 13:23
    • 4 044

"Tale Heydərov Azərbaycan vətəndaşıdır" - AÇIQLAMA

Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri, “Qəbələ” idman klubunun sabiq prezidenti, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov İngiltərədə vətəndaşlıq alması ilə bağlı xəbər yayılıb.

"Gilan" Holdinqdən News24.az-a verilən məlumata görə, sözügedən məlumat həqiqəti əks etdirmir: "Son günlər bir neçə xəbər saytlarında yayılan yazılarda cənab Tale Heydərovun Britaniya vətəndaşlığının alınması iddia olunur. Məsələ ilə əlaqədar bildiririk ki, yayılan məlumatlar iftira olaraq, həqiqətə uyğun deyildir. Tale Heydərov Azərbaycan Respublikasının vətəndaşlığından çıxmayıb və digər xarici dövlətin vətəndaşlığını qəbul etməyib.

Uzun illərdir ki, Azərbaycanın Britaniya və Avropa ölkələri ilə ictimai, mədəni, işgüzar əlaqələrinin gücləndirilməsi işinə dəstək verən cənab Heydərov, həmçinin ölkənin sosial-iqtisadi inkişafına, cəmiyyətimizin maarifləndirilməsinə töhfə verən bir sıra yerli və beynəlxalq layihələrin təsisçisi və rəhbəridir. Fəaliyyəti ilə əlaqədar olaraq, o, vaxtaşırı işgüzar səfərlərdə olmaqdadır".