-
- Bu gün, 12:41
- 115
Berlin təsdiqlədi: Putin artıq Avropaya hücuma başlayıb!
Rusiya Prezidenti Vladimir Putin gözünü Avropaya dikib və Moskva artıq Avropa infrastrukturuna aktiv şəkildə hücum edir.
News24.az xəbər verir ki, bu barədə VELT məlumat yayıb.
Nəşr Qərb kəşfiyyatçılarına istinadən bildirib ki, Putin Ukraynadan sonra dayanmayacaq və Baltikyanı ölkələrdə təsirini yaymağa çalışacaq:
"İndi o, xüsusilə kiberhücum, casusluq, dezinformasiya və təxribat yolu ilə hibrid müharibə aparır. Berlin də oxşar hərəkətləri artıq hiss edib və Almaniya Konstitusiyasının Mühafizəsi İdarəsinin prezidenti Tomas Haldenvanq bir müddətdir Rusiya xüsusi xidmət orqanlarının aqressiv hərəkətlərini müşahidə etdiklərini təsdiqləyib”./axar.az