-
- Bu gün, 13:00
- 276
Marketlərdən bu qida YIĞIŞDIRILDI - Ölən var
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən edilən açıqlamada bir şirkətə məxsus qablaşdırılmış orqanik köklərdə E.Coli bakteriyasının aşkar edildiyi bildirilib.
News24.az xəbər verir ki, açıqlamada ABŞ-da qablaşdırılmış orqanik kök istehlakı səbəbiylə E.coli bakteriyasına yoluxan 39 nəfərdən birinin öldüyü, 15 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Şirkətin satışa çıxardığı qablaşdırılmış köklərin market rəflərindən yığıldığı, müştərilərin aldıqları məhsulları yoxlamaq üçün çağırıldığı bildirilib.
E.coli ilə çirklənməsinə səbəb olan yerkökü marketlərdən geri çağırılsa da, onu alıb soyuducuda saxlayan şəxslərə də xəbərdarlıq edilib. CDC istehlakçılara xəbərdarlıq edir ki, soyuducularında və ya dondurucularında varsa, göstərilən məhsulu istehlak etməsinlər.
CDC tərəfindən qeydə alınan məlumatlara görə, yerkökü istehlakı səbəbiylə yoluxmuş insanlar; Vaşinqton, Minnesota və Nyu Yorkda yaşayır. Bu bölgələri Oreqon və Kaliforniya izləyir. Lakin ölkə daxilində digər ştatlardan da infeksiyalar barədə məlumat verilib.
Günel Məlikzadə