2025-də manatın taleyi necə olacaq? - Mərkəzi Bank
    • 18-11-2024, 13:08
    • 922

2025-də manatın taleyi necə olacaq? - Mərkəzi Bank

2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi öz səlahiyyətləri çərçivəsində 12 aylıq inflyasiyanın hədəf dəhlizi daxilində formalaşmasını təmin etməkdir. Oktyabr proqnozlarımıza görə, inflyasiyanın 2025-ci ildə 5,8 faiz olacağı gözlənilir.

News24.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O bildirib ki, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyaya 2,1 faiz bənd azaldıcı təsir edəcək:

"2025-ci ildə makroiqtisadi sabitliyin əsas lövbəri məzənnə sabitliyi olacaq. Ölkədə maliyyə sabitliyinin qorunması, rəqəmsal ödənişlərin genişləndirilməsi və digər məsələlər Mərkəzi Bankın prioritetləri olacaq"