Qlobal fəlakət qapıdadır
    • 18-11-2024, 16:26
    • 145

Qlobal fəlakət qapıdadır

Bir vaxtlar qeyri-mümkün hesab edilən istilik dalğaları adi hala çevrilib. Günahkar "insan təsiri nəticəsində yaranan" iqlim dəyişikliyidir.

News24.az xəbər verir ki, qlobal istiləşmə ilə bağlı yüzlərlə araşdırmanın nəticələri Carbon Brief saytında toplanıb.

Alimlər son illərdə Amerika, Avropa və Asiyada baş verən 24 istilik dalğasını araşdırıblar. Mütəxəssislər, qalıq yanacaq istehlakından qaynaqlanan istixana qazlarının olmadığı halda bu həddindən artıq istilik dalğalarının "sıfır" olma ehtimalını hesablayıblar.

Bu o deməkdir ki, insan təsirindən asılı olmayaraq ekstremal iqlim hadisələrinin baş verməsi “mümkün deyil”.

“Qeyri-mümkün təbiət hadisələri” adi hala çevrilərkən, qlobal istiləşmə ilə əlaqədar son illərdə 550 isti dalğasının, sel, tufan, quraqlıq və meşə yanğınlarının gücləndiyi vurğulanır.

Son araşdırmalar, ölümcül hava hadisələrinin qlobal istiləşmə səbəbindən tarixdə görünməmiş səviyyələrə yüksəldiyini ortaya qoydu. Alimlər dünyanın heç bir yerinin təhlükəsiz olmadığını deyirlər.

Mütəxəssislər, Paris iqlim razılaşmasının nəzərdə tutduğu 1,5 dərəcə qlobal istiləşmənin aşılacağını bildirir və 2,5-3 dərəcə istiləşmənin qlobal fəlakət demək olacağı barədə xəbərdarlıq edirlər.

Günel Məlikzadə