Zəlzələdən sonra zavodda güclü yanğın başladı

Zəlzələdən sonra zavodda güclü yanğın başladı Dünya

ABŞ-ın Los-Anceles şəhərində baş verən zəlzələdən sonra “Chevron” şirkətinə məxsus neft emalı zavodunda güclü yanğın başlayıb.

Bu barədə “Times Now” məlumat yayıb.

Yanğının zəlzələ nəticəsində baş verib-vermədiyi hələlik məlum deyil.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, 5 maqnitudalı zəlzələ yerli vaxtla saat 09:30 radələrində Kaliforniyanın Manhetten-Biç şəhəri yaxınlığında qeydə alınıb.

Yanğın nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.