Bakının bu ərazisində su fasilələrlə veriləcək - XƏBƏRDARLIQ
    • 2-07-2019, 14:44
    • 674

Bakının bu ərazisində su fasilələrlə veriləcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb.

“Azərsu”-dan News24.az-a verilən məlumata görə, bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.