Məşhur restorandan narazılıq -  Müştərilər şikayət edir
    • Bu gün, 18:04
    • 163

Məşhur restorandan narazılıq - Müştərilər şikayət edir

Vətəndaşlar Danimarkada "Marcin" restoranından narazılıq edir. 

News24.az yerli KİV-ə istinadən xəbər verir ki, məşhur restorandan şikayətlər günbəgün artmaqdadır. Buna səbəb illərdir fəaliyyət göstərən restoranın personal və rəhbərliyinin dəyişməsi olub. 

"Marcin"in rəhbərliyi ötən il restoranı əcnəbi vətəndaşa satıb. Daimi müştərilər isə öncəki personalın xidmətinə və aşpazlarının hazırladığı yeməklərin sözün əsl mənasında heyranı idilər.

Ancaq müştərilər deyir ki, yeni rəhbərlik gələndən sonra xidmət keyfiyyəti aşağı düşüb, qiymətlər qalxıb və yeməklərin dadı dəyişib. Son bir ay ərzində 50-dən çox müştəri "Marcin"dən imtina edib.

Hətta bəzi müştərilər "Marcin" adına hörmət edib restoranın adını dəyişməsini rəhbərlikdən tələb edirlər.

Qeyd edək ki, restoran bir zamanlar çox növlü mətbəxi ilə seçilirdi. 

Ağa Dadaşzadə