-
- 2-07-2019, 17:14
- 1 137
Hərbi qulluqçular ehtiyata buraxıldı - FOTO
“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hərbi hissələrdə xidmət müddəti başa çatmış əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar “Vətənə xidmətinə görə sağ ol!” adlı təntənəli yola salma mərasimi keçirilib.
Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin ifası və Dövlət bayrağının mərasimə gətirilməsi ilə başlayıb.
Sonra xidmət müddəti başa çatmış hərbi qulluqçular üçrəngli bayrağımızı öpərək, silah, zirehli jilet və dəbilqələri rəmzi olaraq təntənəli surətdə döyüş növbətçiliyini qəbul edən gənc əsgər yoldaşlarına təqdim ediblər. Gənc əsgərlər bayrağı öpərək qəbul edib, Vətənə şərəflə xidmət edəcəklərinə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlarına söz veriblər.
Tədbirdə Müdafiə Nazirliyi rəhbərliyinin və birlik komandirinin ehtiyata buraxılan şəxsi heyətə təbriki çatdırılıb.
Mərasimdə çıxış edənlər ehtiyata buraxılan hərbi qulluqçuları təbrik edərək, döyüş növbətçiliyini yeni qəbul edən əsgərlərə gələcək xidmətlərində uğurlar və qələbə sevinci arzulayıblar.
Təntənəli mərasim xidmət müddətində fərqlənmiş və nailiyyətlər əldə etmiş hərbi qulluqçuların mükafatlandırılması, bayram naharı və konsert proqramı ilə başa çatıb.