-
- Bu gün, 14:24
- 96
Putin bu sənədi imzaladı – Nüvə müharibəsi başlaya bilər
Rusiya prezidenti Vladimir Putin ölkəsinin ballistik raketlərlə hücuma məruz qaldığı təqdirdə, nüvə silahı ilə cavab verməyə icazə verən doktrinanı təsdiqləyib.
News24.az xəbər verir ki, Rusiya bu sənədlə nüvə müharibəsinə başlaya biləcəyini rəsmən bəyan edib.
Putinin imzaladığı fərmana əsasən, Rusiyanın nüvə silahının istifadəsini tənzimləyən şərtlərə bəzi yeniliklər edilib. Yeni doktrinada bir ölkə başqa bir nüvə silahına malik ölkənin dəstəyi ilə Rusiya ərazisinə ballistik raket hücumu edərsə, Rusiyaya nüvə cavabı vermək icazəsi verilir və pilotsuz uçuş aparatları və ya döyüş təyyarələri ilə edilən hücumlar da bu əhatəyə daxil edilir.
Xatırladaq ki, ABŞ administrasiyasının Ukraynaya uzun mənzilli Amerika silahlarının Rusiya ərazisində məhdud istifadəyə icazə verməsi xəbəri noyabrın 17-də ABŞ mətbuatında yer alıb.
Kremlin sözçüsü Dmitri Peskov iddialarla bağlı açıqlamasında “Bu, onların (ABŞ) Ukraynadakı münaqişələrə qarışma tərzini kökündən dəyişdirir” deyib.
Aynurə