"Biz toylarda məqsədli şəkildə qiymət artırırıq" - Abbas Bağırov
Şou
“Bu sahədə özümü heç kimə rəqib hesab etmirəm”.
News24.az xəbər verir ki, bu sözləri Türkan Məmmədlinin təqdimatında RTV-də yayımlanan "Çərçivədən kənar" verilişinin qonağı əməkdar artist Abbas Bağırov deyib.
Onun sözlərinə görə, hər müğənninin öz dinləyicisi, öz pərəstişkarı var: “Məsələn, mən bir valideyn olaraq övladımın toyunda hansısa müğənninin olmasını istəyirəmsə, həmin ifaçını dəvət edəcəm. Bu, mənim seçimimdir. Mən necə ona rəqib ola bilərəm?
Əgər kimsə ürəkdən həmin müğənnini istəyirsə, mən niyə özümü onunla müqayisə etməliyəm? Hər kəsin öz yeri var, heç kim heç kimin rəqibi deyil. Bu, bütün müğənnilərə aiddir".
Daha ətraflı RTV-nin videomaterialında: