Bakıda böyük söküntü başlayır: Kompensasiya evin ölçüsünə görə hesablanmayacaq
    • Bu gün, 11:58
    • 492

Bakıda böyük söküntü başlayır: Kompensasiya evin ölçüsünə görə hesablanmayacaq

Bakı şəhər Yasamal rayon ərazisi daxil olmaqla paytaxtın əksər yerlərində bir-birinə bitişik tikilən fərdi yaşayış yerləri çoxluq təşkil edir. Bu o deməkdir ki, bir evdə baş verəcək hadisə digərləri üçün potensial təhlükə mənbəyidir. Sakinlər özləri də bu kimi haldan narahat olduqlarını şikayət edirlər. 

Bəs bu tikililərin aqibəti necə olacaq?

News24.az Milli.Az-a istinadla xəbər verir ki, həm tikinti həm də söküntüyə çox ciddi və xüsusi normalar tətbiq olunacaq. 2040-ci ilə qədər paytaxtda mərkəzə yaxın 3,4 və 5 mərtəbəli binalar söküləcək. Həmin ərazilərdə söküntülərdən sonra yerində meşə tipli parklar salınacaq. 

Bəs bu binada yaşayan sakinlərin aqibəti necə olacaq? 

"İllərdir bu tikililərdə yaşayan sakinlər istəsələr həmin əraziyə yaxın göydələnlər də, istəsələr də aldıqları kompensasiya ilə şəhərin başqa yerlərində məskunlaşa bilərlər". 

Ekspert Ramil Qasımzadə məsələ ilə bağlı bildirib ki, bu proseslər 2027-dən tez başlaya bilər. Həmin işlər daha çox şəhərin Alatava, Kubinka, Montin, Keşlə kimi yerlərdən başlaya bilər. 

"Prosesi ləngidən nüanslar vətəndaşlardan asılıdır. Məsələn elə tikili var ki, onun çıxarışı olsa da yerləşdiyi torpaq sahəsinin heç bir sənədi yoxdur. Amma vətəndaş layihəni icra edən şirkətdən hər ikisinin bazar dəyərini tələb edir. Və ya sahəsinin kvadratına görə kompensasiyanı daha çox istəyir. Bu da tərəflər arasında mübarizəyə səbəb olaraq prosesi gecikdirir". 

Qeyd edək ki, söküntü zamanı sənədi olmayan evlərin sahiblərinə də ödəniş ediləcək. Amma mənzilin ölçüsünə görə yox, yalnız tikintinin ərsəyə gəlməsində istifadə olunan materialın qarşılığı ödəniləcək.