Daha bir ölkə Ukraynadakı səfirliyini - BAĞLADI

Daha bir ölkə Ukraynadakı səfirliyini - BAĞLADI Dünya

ABŞ-dən sonra İspaniya da Kiyevdəki səfirliyini bir günlük bağlayıb.

News24.az yerli KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Kiyevdəki səfirliyi “Ukraynanın hər yerində baş verən hava hücumları riskinin artması səbəbindən gün ərzində xidmət göstərməyəcəyini” açıqlayıb. 

Ukraynadakı İspaniya vətəndaşlarına göndərilən elektron məktubda İspaniyanın Kiyevdəki səfirliyi bildirib ki, Ukrayna ərazisində baş verən hava hücumları riskinin artması səbəbindən gün ərzində üz-üzə xidmət göstərməyəcək və istəklər e-poçt vasitəsilə edilə bilər.

Səfirlik həmçinin Kiyevdəki İspaniya vətəndaşlarına “həddindən artıq təhlükəsizlik tədbirləri görməyi, yerli hakimiyyətin bütün tövsiyələrinə əməl etməyi” məsləhət görüb.

ABŞ-ın Kiyevdəki səfirliyi təhlükəsizlik tədbirləri çərçivəsində səfirliyin bu gün bağlı olacağını bildirib və səfirlik işçilərinə olduqları yerdə qalmağı, ABŞ vətəndaşlarına isə hava xəbərdarlığı zamanı dərhal sığınıcaqlarda olamğı tövsiyə edib.

Ağa Dadaşzadə