2025-ci il “Yaşıl ilan ili” olacaq - Astroloqlar nə PROQNOZLAŞDIRIR...
    • 21-11-2024, 06:04
    • 18 520

2025-ci il “Yaşıl ilan ili” olacaq - Astroloqlar nə PROQNOZLAŞDIRIR...

2025-ci ilin astanasına yaxınlaşırıq. Təxminən 1 ay yarımdan sonra planetimiz yeni ilə qədəm qoyacaq.

Şərq astrologiyasında hər ilin öz himayədar heyvanı, həmçinin elementi və rəngi var. Çinlilər hesab edirlər ki, bütün bunlar birlikdə beynəlxalq hadisələrə və insan taleyinə təsir edir. Bu maraqlı sistem bütün dünyada insanları cəlb edir.

News24.az Modern.az-a istinadla xəbər verir ki, Şərq təqviminə görə, 2025-ci il “Yaşıl ilan ili” olacaq. Astroloqların fikrincə, ilan dəyişiklikləri simvollaşdırır.

Astroloqlar “Yaşıl ilan ili”nin bütün dünya üçün zəruri olan sülh enerjisi verəcəyini proqnozlaşdırırlar.

Ukraynalı astroloq Marina Romanovanın fikrincə, 2025-ci il bütün ölkələr və xalqlar üçün qlobal transformasiyalar dövrü olacaq. Gələn il dövlətlərin fəaliyyətində, hökumətlərin işində və cəmiyyətin fəaliyyətində böyük dəyişikliklər olacaq.

Astroloq deyib ki, 2025-ci ilin əvvəli kifayət qədər çətin olacaq və böyük dəyişikliklərə məcbur edəcək. İlin ortalarına qədər bəşəriyyət öz şəxsi təlimatlarını dəyişmək məcburiyyətində qalacaq. İnsanlardan mənəvi inkişafla məşğul olmaq, eqoizmdən altruizmə keçmək tələb olunacaq.

Astroloq xəbərdarlıq edir ki, 2025-ci il tibb sahəsində çətinliklər gətirə bilər. Epidemiya riski arta bilər. Xəstəliyin qarşısının alınması ilə məşğul olmaq, peyvənd olunmaq və sağlam həyat tərzi keçirmək çox vacib sayılacaq.

Astroloq 2025-ci ilin ən əlverişli dövrlərini açıqlayıb:

- aprelin 14-dən iyunun 8-dək (14 aprelə qədər böyük transformasiya dövrüdür, həddindən artıq ictimai fəaliyyətdən qaçmaq məsləhətdir);

- iyunun 26-dan iyulun 17-dək;

- avqustun 12-dən sentyabrın 1-dək;

- sentyabrın 25-dən noyabrın 8-dək;

- noyabrın 30-dan dekabrın 31-dək.

Bu müddətlərdə sosial aktiv olmaq, dəyişikliklərdən qorxmamaq məsləhətdir.

Astroloqun fikrincə, gələn il mənəvi inkişaf üçün yaxşı olacaq. Həyat məqsədlərinizi yenidən nəzərdən keçirmək, yeni perspektivlər müəyyənləşdirmək və daha tez-tez özünü təhlil etmək tövsiyə olunur. Bu, meditasiya və psixoloji təcrübələr üçün yaxşı dövrdür. Dəyişiklikdən qorxmamaq məsləhət görülür. Əgər çoxdan nəyisə dəyişmək istəmisinizsə, bundan yaxşı şans olmayacaq.

Astroloq Marina Romanova mümkün qədər heyvani qidalardan az istifadə etməyi məsləhət görür. Həm də bədən tərbiyəsinə və bədən üzərində işləməyə daha çox vaxt ayırmağı tövsiyə edir.

2025-ci il peşəkar inkişaf üçün çox əlverişlidir. Yeni bir şey öyrənməyə, tikintiyə, yenidənqurmaya, ailə həyatı qurmağa başlaya bilərsiniz.