-
- Bu gün, 13:52
- 201
Ukrayna müharibəsində ilk dəfə: Putinin qisası ağır oldu
Ukraynanın ilk dəfə olaraq Rusiya daxilindəki hərbi hədəflərə Britaniyanın “Storm Shadow” raketlərini atmasından sonra Moskva administrasiyasının necə cavab verəcəyi maraq doğururdu. Ukrayna Hərbi Hava Qüvvələri bu gün Rusiyanın qitələrarası ballistik raket hücumu təşkil etdiyini açıqlayıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya müharibə başlayandan bəri ilk dəfə belə güclü və uzaqmənzilli raketlərdən istifadə edib.
Britaniya Ukraynanın Rusiyaya qarşı döyüşən “Storm Shadow” (Fırtına kölgəsi) uzaqmənzilli qanadlı raketlərdən istifadəsini təsdiqləyib. Bu məsələ bu həftə Braziliyada keçirilən G20 liderlərinin sammitində ABŞ prezidenti Co Baydenin Ukraynanın Rusiya hədəflərinə ATACMS raketləri atmasını təsdiqləməsindən sonra gündəmə gəlib.
Britaniyanın baş naziri Keir Starmer hökumətin Fırtına Kölgəsindən istifadəyə icazə verib-verməyəcəyi ilə bağlı suallar doğuran bu addımı açıq şəkildə dəstəkləməyib.
Ukrayna prezidenti Vladimir Zelenski uzun müddətdir ki, Qərb ölkələrini Rusiyadakı hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərdən istifadə də daxil olmaqla hərbi dəstəyi artırmağa çağırıb.
Bu hadisələrin ardınca Ukrayna ilk dəfə olaraq Rusiya daxilindəki hərbi hədəflərə İngiltərənin “Storm Shadow” raketlərini atıb. Raket hücumu Ukraynanın Rusiyaya Amerika istehsalı olan ATACMS raket hücumundan sonra baş verib.
Ukraynanın həyata keçirdiyi hücuma çox sərt cavab verəcəyi deyilən Putindən gözlənilən addım bu gün gəlib. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın qitələrarası ballistik raket hücumu təşkil etdiyini açıqlayıb. Bildirilib ki, Rusiya müharibə başlayandan bəri ilk dəfə belə güclü və uzaqmənzilli raketlərdən istifadə edib.
Ukrayna Hərbi Hava Qüvvələri Dnepr şəhərinin müxtəlif tipli raketlərlə hücuma məruz qaldığını bildirib. Kiyev mənbələri onların arasında qitələrarası ballistik raketlərin, “Kinjal” aeroballistik raketlərinin və 7 ədəd Kh-101 qanadlı raketlərinin olduğunu açıqlayıb. Rəsmi Kiyevin yaydığı açıqlamaya görə, Ukraynanın hava hücumundan müdafiə sistemləri altı Kh-101 raketini vurmağa müvəffəq olub. Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamalarında “Digər raketlərin əhəmiyyətli zərər vermədiyi” bildirilib.
Dnepropetrovsk vilayətinin rəhbəri bu gün səhər saatlarında Rusiyanın Dneprodakı kütləvi raket hücumunun sənaye müəssisəsində dağıntılara və iki yerdə yanğınlara səbəb olduğunu bildirib. Dnepr meri Boris Filatov qeyd edib ki, bombardman nəticəsində əlillər üçün reabilitasiya mərkəzinin binasına ziyan dəyib. Filatov bildirib ki, mərkəzin qazanxanası dağılıb, pəncərələri sındırılıb.
Rusiya Müdafiə Nazirliyi Dneprə raket hücumu ilə bağlı xəbəri şərh etməyib.
Aynurə