İkardi Argentina millisində niyə oynamır? - Baş məşqçi açıqladı
    • Dünən, 23:12
    • 109

İkardi Argentina millisində niyə oynamır? - Baş məşqçi açıqladı

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk hesab edir ki, Mauro İkardi həyat yoldaşı ilə problemlərə görə Argentina millisində çıxış etmir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İkardi üçün hər şeyin fərqli ola biləcəyini düşünür.

"Əgər İkardinin həyat yoldaşı ilə yaşadığı problemlər olmasaydı, indi hər şey başqa cür olardı. Bəlkə də Argentina millisinin hücumçusu olacaqdı. Ola bilsin ki, bu səbəbdən həyatda çox şey itirib. Mauro çox ailəcanlıdır.

Ailəsini, uşaqlarını sevir. O, mehriban ürəyə malikdir və yaxınlarına dərindən qayğı göstərir. O, həmişə ailəsini qorumaq istəyirdi, biz də həmişə ona kömək etməyə çalışdıq. Ailə həyatda ən vacib şeydir. Futbol heç vaxt ailədən daha vacib ola bilməz, heç bir oyun bunu dəyişməyəcək. Futbolçu xoşbəxt deyilsə, meydanda öz səviyyəsini göstərə bilməyəcək. Mən həmişə ona dəstək olmağa çalışmışam.

Gəlin görək, onu mümkün qədər tez əvvəlki səviyyəsinə qaytarmaq üçün əlimizdən gələni edə bilərikmi", - deyə Buruk qeyd edib./BAKU.WS