-
- Dünən, 23:25
- 106
Dünyanın ən məşhur bloggeri məhkəməyə verildi
Dünyanın ən məşhur blogeri MrBeast-in (əsl adı Cimmi Donaldson) keçmiş prodüseri Brittani Karter onu iş vaxtından artıq işlətdiyi üçün məhkəməyə verib.
News24.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Karter iddia ərizəsində bloqqerdən iş vaxtından artıq işə görə əmək haqqının alınmasını tələb edib.
O, həftədə 75 saata qədər işlədiyindən və "həftənin bütün günlərində günün istənilən vaxtında" zənglərə və mesajlara cavab vermək məcburiyyətində qalmasından şikayətlənib.
İddiaçının sözlərinə görə, o, tam ştatlı işçi kimi işə götürülsə də, sənədlərdə müstəqil podratçı kimi qeyd olunub. Karter bunun ona əlavə işə görə pul ödəməmək üçün edildiyini söyləyib./BAKU.WS