Ən ucuz dönərlə ən bahalı dönərin arasındakı fərq nədir?
    • Bu gün, 15:50
    • 119

Ən ucuz dönərlə ən bahalı dönərin arasındakı fərq nədir?

Bütün dünyada tez hazırlanan "fəstfud" yeməklər öz populyarlığını qoruyub saxlaya bilir. 

News24.az xarici mətbuata istinadən xəbər verir ki,  Berlində ən ucuz dönərlə, ən bahalı dönər arasındakı fərq araşdırılıb. 

10 qurmanın apardığı araşdırmanın nəticəsi belə olub:

Berlində dönərin qiyməti ortalama 9-50 avro dəyişir.

Qurmanlar bildirir ki, 9 avroluq dönərin xüsusi dadı yoxdur, ətin, tərəvəzlərin və sousların dadı qarışır. 50 avroluq dönərin isə möhtərəm görüntüsü olsa da valehedici dadı yoxdur. 

Qurmanlar 23 avroluq "3-lü" souslu dönəri bəyəniblər. Çörəyi yumşaq, əti duzlu və sousları əlavə dada qatır.

Nəticədə dönərə dad verən onun qiyməti yox, onun hazırlaması və ərzaqlarıdır.

Ağa Dadaşzadə