Avtomobilə silahlı hücum: Ölən və yaralılar var - FOTO

Avtomobilə silahlı hücum: Ölən və yaralılar var - FOTO Hadisə

Türkiyənin Ədirnə bölgəsinin Keşan rayonunda park edilmiş avtomobilə atəş açılıb. Hadisə zamanı 26 yaşlı Mehmet Emin Serhat həyatını itirib, biri ağır olmaqla 2 nəfər yaralanıb. 

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saat 04:00 radələrində baş verib. Naməlum şəxs tapança ilə içərisində adamların olduğu 22 HC 116 dövlət nömrə nişanlı avtomobilə atəş açıb.

Hadisə ilə bağlı polisin araşdırması davam edir.

Ağa Dadaşzadə

Avtomobilə silahlı hücum: Ölən və yaralılar var - FOTO