“Zəngəzur dəhlizi” bu tarixdə açıla bilər - Nazir AÇIQLADI
Siyasət
“Zəngəzur dəhlizi” ilə bağlı layihə 2028-ci ilə qədər tam şəkildə həyata keçirilə bilər”.
News24.az xəbər verir ki, bunu Türkiyənin “TVnet" televiziyasına müsahibəsi zamanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, “Zəngəzur dəhlizi” 2028-ci ilə açıla bilər:
"Son vaxtlar Ermənistandan layihə ilə bağlı müsbət siqnallar gəlir. Marşrutun 43 kilometrlik hissəsi Ermənistan ərazisindən keçir və onlar da öz növbəsində planlaşdırma və tenderlə bağlı prosesləri yekunlaşdırmalıdırlar”.
O əlavə edib ki, Türkiyə də layihə ilə bağlı İranla danışıqlar aparır.
“Türkiyə öz ərazisindən keçən 224 kilometrlik hissədə müvafiq infrastrukturun yaradılması işlərini davam etdirir, işlərin yaxın 5 ildə başa çatdırılması planlaşdırılır. Beləliklə, “Zəngəzur dəhlizi” 2028-ci ilə qədər tam şəkildə həyata keçirilə bilər”, - deyə Uraloğlu fikrini yekunlaşdırıb.
Qumral