Bu ölkədə fövqəladə vəziyyət elan edilə bilər
    • Dünən, 23:00
    • 95

Bu ölkədə fövqəladə vəziyyət elan edilə bilər

Yeni Dehlinin də daxil olduğu Dehli Paytaxt Ərazisinin baş naziri Atişi Marlena Hindistanın mərkəzi hökumətindən dərhal fövqəladə vəziyyət elan etməyi və koronavirus pandemiyası zamanı görülən tədbirlərə bənzər tədbirlər görməsini tələb edib. 

Söz.az xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti məlumat yayıb.

"Niyə Mərkəz çirklənməyə görə milli fövqəladə vəziyyət elan etmir? Təkcə Dehli deyil, bütün Şimali Hindistan uzun müddətdir ki, hava çirklənməsi ilə üzləşib. COVID pandemiyası olanda müxtəlif ştatlar fərqli məhdudiyyətlər tətbiq etdi, milli səhiyyə fövqəladə vəziyyət və milli cavab tədbirləri görüldü Siyasətçi mərkəzi hakimiyyət orqanlarını bu problemə dərhal milli reaksiya ilə müdaxilə etməyə çağırıb.

Marlena baş nazir Narendra Modini və Hindistanın Ətraf Mühit və Meşə Təsərrüfatı Nazirliyinin rəhbərliyini fəaliyyətsizlikdə ittiham edib: “Çirkli hava ilə bağlı nə bəyanat, nə də mətbuat konfransı var”.