-
- Bu gün, 00:52
- 95
Torpaq sürüşməsi - Ölənlər var
Konqo Demokratik Respublikasının şərq hissəsində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ən azı doqquz nəfər ölüb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ölənlərin yeddisinin uşaq olduğunu bildirilir.
Ölkənin şərq regionunun rəhbəri Tomas Bakenqa qeyd edib ki, Cənubi Kivu əyalətinin Kabulu bölgəsində qeydə alınan hadisə nəticəsində ölənlər qadın və yeddi uşağıdır.
Hadisə zamanı həmçinin itkin düşənlər var. Onların axtarışı və xilasetmə işləri davam edir. Bildirilir ki, güclü yağış və torpaq sürüşmə nəticəsində ölənlərin sayı arta bilər.
Yerli qeyri-hökumət təşkilatlarından biri bildirib ki, təbii hadisə nəticəsində 31 ev zərər çəkib. Təşkilat güclü yağışlar və torpaq sürüşmələri nəticəsində 10 nəfərin öldüyünü açıqlayıb.
Qeyd edək ki, Konqoda torpaq sürüşmələri tez-tez baş verir. Apreldə baş verən hadisə nəticəsində azı 12 nəfər ölüb. Ötən ilin dekabr ayında leysan və torpaq sürüşmələri nəticəsində azı 40 nəfərin öldüyü bildirilib.