-
- Bu gün, 03:30
- 71
2030-cu ildə hər kəs Milyarder OLA BİLƏR
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) dəyəri 8 kvintilyon sterlinq olaraq hesablanan nəhəng “16 Psyche” asteroidini kosmosdan Yerə gətirməyə çalışır.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəhəng qaya parçası Yerə gətirilərsə, o zaman hər kəsi milyarder edə bilər.
“16 Psyche” təxminən 220 kilometr diametrli nəhəng asteroiddir və 30 faizdən 60 faizə qədər metal tərkibi ilə diqqət çəkir. Tərkibindəki qiymətli metallar, xüsusilə platin və palladium avtomobil və elektronika sənayesi üçün kritik əhəmiyyətə malikdir.
Təxminlərə görə, bu asteroid Yerə gətirilərsə, adambaşına təxminən 1 milyard funt-sterlinq dəyərində sərvət düşə bilər.
Digər tərəfdən, NASA-nın bu missiyanı yerinə yetirməkdə əsas məqsədi səma cisminin kainatın əmələ gəlməsi ilə bağlı mühüm sirlərini açmaqdır.
NASA 2023-cü ilin oktyabrında “SpaceX”-in “Falcon Heavy” raketi ilə “Psyche” kosmik gəmisini fəzaya buraxıb.
Kosmik gəmi 2029-cu ildə asteroidə çatacaq və 391 milyon kilometr məsafə qət edəcək.