Artıq 3-cü dəfə idi ki, Messi və komandası “Koppa Amerika”nın finalına vəsiqə qazanmışdı. 
Hər yarış qələbə vədi verən Messi üçün bu uğur çox vacib iidi. Çünkiyaş üstünə yaş gələn Messi karyerası boyu milli komandası ilə birgə bir dəfə də olsa, qələbə qazanmamışdı. O üzdən, sözügedən oyun futbolçu üçün üçün ideal şans idi. Və o, özünü Maradona ilə eyni sıraya qoymaq üçün növbəti dəfə cəhdi etdi.

Bundan qabaq “Koppa Amerika”nın 4 finalında - (Braziliya 4 - 2 Argentina 2004, Braziliya 3 - 0 Argentina 2007, Çili 4 – 1 Argentina 2011, Çili 4 - 2 Argentina 2015) oynayan Messiqarşılaşmaların hamısında məğlub olub. 

Təəssüf ki, bu dəfə də məşhur futbolçunun istəyi ürəyində qaldı. Braziliyada keçirilən “Koppa Amerika”nın qalibi meydan sahibi Braziliya oldu. Braziliya - Argenitinanı 2-0 hesabı ilə məğlub edərək növbəti uğuru hesabına yazdı.

Oyun boyu Messinin fərqlənmək şansı çox idi. 3 təhlükəli cərimə zərbəsi və qapı dirəyi onu önə çıxara bilərdi. Amma onun ilk zəribəsini Allison (Braziliya millisinin qapıçısı) dəf etdi. İkinci zərbə canlı səddə dəydi, üçüncüsü isə qeyri - dəqiq alındı. Əks tərəfin hüçümu zamanı isə braziliyalıları qapı dirəyi xilas etdi.

Braziliya millisi məharətlə müdafiədə olunaraq oyunu tam nəzarətində saxlaya bildi. Gabriel Jesusun və R. Firminonun dəqiq zərbələri Messinin komandasını titulsuz qoydu.

Məğlub Messinin yalnız bir şansı qaldı. O da 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatı. 

Video

Teglər: Messi Coppa America Braziliya Argentina Futbol İdman