-
- Bu gün, 13:20
- 108
Nikol Kidman da ABŞ-ı tərk edir
Son zamanlar "Babygirl" filmi ilə gündəm olan Oskar mükafatlı avstraliyalı aktrisa Nikol Kidmanın ABŞ-dan köçmək qərarına gəldiyi iddia edilib.
News24.az xəbər verir ki, Nikol Kidman və həyat yoldaşı Keyt Urban çox çətin bir ildən sonra doğma Avstraliyaya qayıtmağı planlaşdırır.
57 yaşlı aktyor ötən ilin sentyabrında anası Janelin vəfatı ilə əlaqədar Sidneyə qayıtsa da, son zamanlar bir çox filmlərdə rol alan aktrisa film tanıtımları üçün tez-tez Amerikaya getməli olub.
Çox gərgin iş qrafiki olan və yeni layihəsinin çəkilişləri üçün tez-tez ölkə dəyişən ulduz indi Avstraliyada yaşamaq istəyir.
Yaxınlarının aktrisanın "tükənmişlik sindromu"ndan əziyyət çəkməsindən narahat olduğu, Kidman və ərinin Avstraliyaya qayıtmağı düşündüyü məlum olub.
Günel Məlikzadə