Göygöldə yol qəzası - İki nəfər xəsarət aldı
Hadisə
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində hər iki maşın deformasiyaya uğrayıb, iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib./APA/