Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi - Yeniləndi

Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi - Yeniləndi Hadisə

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Bu barədə News24.az-a onun köməkçisi Rüfət Zəkizadə məlumat verib.

Onun sözlərinə görə, hazırda Kəmalə Ağazadənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir:

“Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Həkimlər hazırda onun yanındadır, müayinələr aparılır və bu gündən etibarən müalicəsinə başlanacaq. İlkin məlumata əsasən, təxminən 10 gün müddətində xəstəxanada müalicə alması nəzərdə tutulur”.

12:00


"Yanvarın 22-si saat 11:00 radələrində “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Sabunçu Tibb Mərkəzinə ixtisaslı həkim müayinəsinə müraciət edib".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən məlumat verilib:

"Müvafiq olaraq, kliniki şikayətlərə əsasən laborator və instrumental müayinələrdən keçirilib. Müayinələrin nəticəsinə əsasən ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu təyin edilib.

Hazırda onun müalicəsi Sabunçu Tibb Mərkəzində stasionar şəraitdə davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir".