-
- Bu gün, 15:52
- 130
Hər kəs istifadə edir, lakin təhlükə böyükdür
Mütəxəssislər xəbərdarlıq edir ki, qulaq təmizləyən çöplər eşitmə itkisinə səbəb ola bilər.
News24.az xəbər verir ki, Dos. Dr. Ocak qulağın özünü təmizləyən bir orqan olduğunu bildirib.
Qulaq çöpü təmizləməkdən daha çox qulaq tıxanmasına səbəb olduğunu ifadə edən Ocak, "Yayda günəşə çıxdığımız zaman dərimiz soyularaq özünü yenilədiyi kimi, xarici qulaq kanalı da özünü təmizləyə bilir" deyib:
“Qulaq çöpündən istifadə edən insanlar qulaqlarını təmizlədiklərini düşünürlər. Bununla belə, qulaq çöpləri görünən bəzi çirkləri təmizləyir, lakin kirin çox hissəsini qulaq kanalına doğru itələyir. Qulaq içəridən özünü təmizləməyə çalışarkən, xaricdən belə bir təsir gəldiyində qulaq kiri içəridə toplanır və qulağı daha da tıxayır".
Ocak, qulaq çöpündən istifadənin xeyirdən çox zərər verdiyini vurğulayıb.
Günel Məlikzadə