Rəsədxana: Günəşdə həyəcanlaşmalar qeydə alınır
    • 4-07-2019, 16:11
    • 1 074

Rəsədxana: Günəşdə həyəcanlaşmalar qeydə alınır

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 4-nə olan kosmik hava durumunu açıqlayıb.

News24.az Rəsədxanadan verilən məlumata görə, kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 300 km/san-dən 370 km/san-yə qalxıb. Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrlə kiçik həyəcanlaşmalar qeydə alınıb (Kp=3, 4). /APA/