-
- Bu gün, 16:41
- 63
Levandovski Ronaldo və Messidən sonra üçüncü futbolçu oldu
UEFA Çempionlar Liqasında "Barselona" "Brest"i 3:0 hesabı ilə məğlub edib. "Barselona"nın iki qolunu vuran Robert Levandovski Çempionlar Liqasında 100 qol həddini keçib.
News24.az xəbər verir ki, bu qollarla Levandovski Çempionlar Liqası tarixində 101 qol vurub. Levandovski Çempionlar Liqası tarixində Kriştiano Ronaldo və Lionel Messidən sonra 100 qol vuran üçüncü oyunçu olub.
ÇEMPİONLAR liqasının ən çox qol vuran futbolçuları:
- Raul Qonzales - 71 qol
- Kərim Benzema - 90 qol
- Robert Levandovski - 101 qol
- Lionel Messi - 129 qol
- Cristiano Ronaldo - 140 qol
Günel Məlikzadə