Ayaqları isti saxlamağın praktik yolları
    • Bu gün, 16:47
    • 118

Ayaqları isti saxlamağın praktik yolları

Soyuq ayaqlar, ayaqlar bədənin qalan hissəsindən daha soyuq olduqda baş verir. Yay-qış olmasından asılı olmayaraq, ayaqlarının isinməməsindən şikayət edənlər də az deyil. Tez-tez soyuqdəymə və ayaq uyuşmasının səbəbləri arasında qan dövranı sisteminin pozğunluqları, qan azlığı, ürək xəstəlikləri və qalxanabənzər vəz problemləri görünə bilər. 

News24.az xəbər verir ki, soyuq ayaqları isitmək üçün qalın corablar geyilə, məşqlər və masajlar tətbiq oluna bilər. 

Soyuq ayaq nədir?

Soyuq ayaqlar əksər insanlarda görülən bir vəziyyətdir. Bədənin qalan hissəsi isti ikən ayaqların üşüməsi hissi insanları narahat edir. Ayaqları çox soyuq olan insanlar xüsusilə qış aylarında isti hiss edə bilmirlər. Soyuq ayaqlar psixoloji səbəblərdən, həmçinin qan dövranı sistemində pozğunluqlar və qalxanabənzər vəzi xəstəlikləri səbəbindən baş verə bilər.

Kimin ayaqları soyuq olur?

Soyuq ayaqlar bütün yaş qruplarında görülə bilər. Xüsusilə, bu hal qan dövranı problemi olan və immun sistemi zəif olan insanlarda rast gəlinir. Sinir sistemi və hormonları mənfi təsirlənən insanların da ayaqları tez-tez soyuq olur. 

Bundan əlavə, yüksək səviyyədə stress və narahatlıq olan insanlar ayaqlarının soyuq olduğunu hiss edə bilərlər.

Ayaqları isti saxlmağın 3 əsas yolu:

Toxunma corablar geyinmək,

Sağlam qıdalanmaq,

Qış aylarında təbii çaylar içmək.


Ağa Dadaşzadə