-
- Bu gün, 12:23
- 91
Prezident "Qarabağ"ı təqib edən komandaya iri məbləğ ödədi
Premyer Liqanın 14-cü turu «Araz-Naxçıvan»a böyük miqdarda pul qazandırıb.
Tovuzda «Kəpəz»ə qalib gələn komanda Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov tərəfindən mükafatlandırılb.
NFF-nın rəhbəri ötən həftələrdə olduğu kimi, yenə kollektivi sevindirməyə davam edib. O, bu dəfə «Araz»a 50 min manat ödəyib.
Elmar Baxşıyevin çalışdırdığı «ağ-qırmızılar» qərb səfərindən 2:0-lıq qalibiyyətlə ayrılıb. Felipe Santos və Bernardo Diasun qollarıyla 3 xal qazanan «Araz» liderlər qrupunda yerini bir qədər də möhkəmləndirib./SPORTİNFO.AZ