-
- 30-11-2024, 01:09
- 192
Şəhərin məşhur kafesində kütləvi zəhərlənmə 21 nəfər TƏCİLİ XƏSTƏXANAYA YERLƏŞDİRİLİB
Sankt-Peterburqda “Tokyo City” restoranına baş çəkdikdən sonra 20-dən çox bağırsaq infeksiyası aşkar edilib, 21 nəfər yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.
News24.az 32gun.az-a istnadla bildirir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) məlumat yayıb.
Bildirilib ki, Departament tərəfindən 25 noyabr 2024-cü il tarixində sanitar-epidemioloji araşdırmalara başlanılıb.
28 noyabr 2024-cü il tarixinə 23 nəfərdə bağırsaq infeksiyası qeydə alınıb. 21 nəfər yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib, 12 xəstənin bioloji materialında salmonella aşkar edilib.
Şöbə epidemiya əleyhinə kompleks tədbirlər təşkil edib. Dezinfeksiya tədbirləri həyata keçirilib.