-
- Bu gün, 01:50
- 108
Mübahisənin sonu faciə ilə bitdi: gənc donaraq ÖLDÜ
Rusiyanın Nijni Novqorod vilayətinin Vetlujski rayonunda 19 yaşlı oğlan münaqişə zəminində meşədə donaraq ölüb.
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə mərhumun dostu və onun ögey atası ilə balıq tutmağa getdiyi zaman baş verib.
O, gecə vaxtı onlarla mübahisə edib, daha sonra üst paltarını orada qoyaraq oranı tərk edib.
Yoldaşları oğlanın itdiyini biləndə ertəsi gün səhər saat ona qədər onu axtarıblar. Onlar gəncin meyitinidüşərgələrindən 3 kilometr aralıda apıblar.
Mübahisənin nədən baş verdiyi barədə məlumat yoxdur. \\Medianews.az