Xalq artisti tanınmış müğənnini toyda döydü: "Ağzını dağıdaram!"
    • Bu gün, 16:31
    • 637

Xalq artisti tanınmış müğənnini toyda döydü: "Ağzını dağıdaram!"

"O, çox şən adam idi, ancaq bir toyda tanınmış müğənnilərdən biri onu çox qəzəbləndirdi".

News24.az xəbər verir ki, bu sözləri litvalı rejissor Aleksey Mato deyib:

“1990-cı illərin əvvəli idi, toy məclisində idik. Mərhum Xalq artisti, gözəl rejissor Vitautas Jalakoviclə bir masada əyləşmişdim. Adını çəkmək istəmirəm, bizim masada o vaxtın tanınmış müğənnisi, indiki biznesmen də əyləşmişdi. Gənc müğənni dəfələrlə Vitautasın ünvanına atmacalar atdı. Sonda mərhum Xalq artisti atmacalara dözməyib, gənc müğənniyə yaxınlaşıb qulağından bərk yumruq vurdu. Həmin müğənni zərbənin gücündən yerə yıxıldı. Vitautas o qədər əsəbi idi ki, yerdə olan müğənniyə ağzını dağıdaram dedi. 

Mən o cür gözəl sənətkarı 17 il tanıdım, cəmi bir dəfə onu elə əsəbi gördüm…”


Ağa Dadaşzadə