-
- Bu gün, 16:40
- 50
Vegan pəhriz ziyanlıdır?
London İmperial Kollecinin rəhbərlik etdiyi bir araşdırma, vegetarianların müntəzəm olaraq qırmızı ət istehlak edənlərə nisbətən daha çox işlənmiş qida istehlak etdiyini göstərib.
News24.az xəbər verir ki, mütəxəssislər həmçinin vegeterianların ümumi sağlamlıq üçün təhlükəli sayılan bitki mənşəli süddən çox istifadə etdiklərinə dair sübutlar tapıblar.
EClinicalMedicine jurnalında dərc olunan məqalədə xüsusilə veganların üstünlük verdiyi bitki mənşəli südün ürək-damar xəstəlikləri ilə əlaqəli ola biləcəyi vurğulanıb. Fransız və Braziliya alimləri də daxil olmaqla araşdırmalar sübut edib ki, UPF istehlakı ümumiyyətlə piylənmə, 2-ci tip diabet və xərçəng riskini artırır.
Ancaq bəzi məqamlara diqqət yetirmək lazımdır və uzun müddət səhv tətbiq olunarsa bəzi yan təsirlər yarana bilər. Vegan pəhrizinin potensial yan təsirləri bunlardır:
Vegan pəhriz B12 vitamini çatışmazlığı ola bilər, çünki B12 yalnız heyvan mənşəli məhsullarda olur. Bu vitamin sinir sisteminin sağlamlığı üçün çox vacibdir.
Yorğunluq, zəiflik, anemiya, sinir zədələnməsi, yaddaş itkisi və zehni çaşqınlıq kimi xəstəlikləri aradan qaldırmaq üçün B12 vitamini əlavələri qəbul etmək və ya B12 ilə zənginləşdirilmiş qidalardan istifadə etmək lazım ola bilər.
Bitki mənşəli dəmir (qeyri-heme dəmir) bədən tərəfindən daha az sorulduğu üçün vegan pəhrizində dəmir əldə etmək daha çətin ola bilər. Dəmirlə zəngin bitki qidaları (məsələn, mərcimək, noxud, ispanaq, kələm) istehlak etmək və C vitamini ilə birlikdə qəbul etmək dəmirin udulmasını artıra bilər.
Günel Məlikzadə