Bakıda bu ərazilərdə mənzillər bahalaşır
    • Bu gün, 18:12
    • 119

Bakıda bu ərazilərdə mənzillər bahalaşır

Son aylarda Bakıda daşınmaz əmlak bazarında mənzillərin qiymətində artım müşahidə olunur. Mənzil bazarında baş verən bahalaşma həm alıcılar, həm də satıcıların diqqətini çəkir. Bəs qiymət artımı hazırda neçə faiz təşkil edir və hansı ərazilər üzrə bahalaşma daha çox qeydə alınır?

News24.az Baku.ws-ə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, hazırda Bakı şəhərində mənzil bazarında əhəmiyyətli qiymət dəyişməsi müşahidə olunmur: "Nisbi qiymət artımları var. Təqribən ümumi ay ərzində hardasa orta qiymətə iki-üç faiz təsir göstərə biləcəyi həddədir. Bu qiymət artımları daha çox belə şəhər mərkəzinə yaxın olan ərazilərdə müşahidə olunur.

Məsələn, Binəqədi və Nizami rayonlarının metroya yaxın olan ərazilərini göstərmək olar. Yəni ipoteka üçün cəlbedici olan ərazilərdə artımlar var.

Amma ümumilikdə mənzil bazarı üzrə aylıq qiymət dəyişməsi son iki ay ərzində nisbildir və təqribən iki-üç faiz arasında dəyişir".