"Araz-Naxçıvan" klubu qələbəyə görə bu qədər mükafat alacaq
    • 29-11-2024, 18:39
    • 342

"Araz-Naxçıvan" klubu qələbəyə görə bu qədər mükafat alacaq

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 15-ci turunda öz meydanında "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.

News24.az-a daxil olan məlumata görə, futbolçulara qələbəyə görə mükafat veriləcək. 

Əsəs heyət üzvləri bu qələbəyə 3 min manat mükafat alacaq. Hazırda uğurlu çıxış edən "Araz-Naxçıvan" bu qələbə ilə turnir cədvəlində ilk sıraya yüksəlib.

Qeyd edək ki, Naxçıvan təmsilçisi hazırda 36 xalla ilk pillədə qərarlaşıb.


Ağa Dadaşzadə