Bakıda qadınlar arasında dava
    • 5-07-2019, 15:32
    • 1 372

Bakıda qadınlar arasında dava

Binəqədi rayonunda qadınlar arasında yaşanan dava-dalaşa görə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, rayon ərazisində Məmmədova Zərifə Tapdıq qızı müxtəlif dərəcəli xəsarətlərlə xəstxanaya müraciət edib. Məlum olub ki, o, Məmmədova Ziyafət Zəkəriyyə qızı ilə dava-dalaş zamanı xəsarət alıb.

Fakta bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 127.1-ci, yəni, qəsdən sağamlığa az ağır zərər vurma maddəsi ilə iş açılıb.