Xumarın adından saxtakarlıq: "Bunlara inanmayın"

Xumarın adından saxtakarlıq: "Bunlara inanmayın" Şou


Əməkdar artist Xumar Qədimova saxtakarlıqla üzləşib.

Publika.az xəbər verir ki, bununla bağlı sənətçi "Instaqram" səhifəsində post yayımlayıb.

Qədimova bildirib ki, adından saxta konsert afişaları yayılıb:

“Diqqət! Mənim adımdan konsert postları qarşınıza çıxa bilər. Amma bunlara inanmayın. Əgər haradasa mənim konsertimin olacağı anonsunu görsəniz, bizim özümüzlə əlaqə qurub, bunun gerçək olub-olmadığını dəqiqləşdirib sonra bilet alın”.