Qadın millimiz Rusiyaya qarşı - Nəticə necə olacaq?
    • Dünən, 10:42
    • 78

Qadın millimiz Rusiyaya qarşı - Nəticə necə olacaq?

Dekabrın 2-də Azərbaycan və Rusiyanın qadınlardan ibarət milli komandaları arasında növbəti yoldaşlıq matçı keçiriləcək.

News24.az xəbər verir ki, görüş Soçidə Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, ilk oyunda millimiz rəqibinə minimal hesabla məğlub olmuşdu. Ancaq mütəxəssislər axşamkı matçı Azərbaycanın xeyrinə yekunlaşacağına inanırlar. 

Bildirilir ki, rusların millimizdən texniki, fiziki və ciddi üstünlüyü yoxdur. Sadəcə, ilk oyundakı qələbə fərdi səhv ucbatından baş verib. Buaxşamkı matçda millimizin məğlub olmayacağı xüsusi vurğulanır.

Qeyd edək ki, görüş “Soçi” klubunun məşq bazasında baş tutacaq. Oyunu Tacikistandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim: Nodira Mirzoeva

Baş hakimin köməkçiləri: Dilshoda Rahmonova, Farhod Kuralov

Dördüncü hakim: Anastasiya Ponomaryova (Hakimlər briqadası Tacikistandandır).


Ağa Dadaşzadə