Ayaz Mütəllibov: “Mənim üçün çox çətindir... ”
    • 5-07-2019, 18:15
    • 1 160

Ayaz Mütəllibov: “Mənim üçün çox çətindir... ”

Çətindir, amma nə etmək olar, həyatın işidir...”.

Bunu Azərbaycanın sabiq Prezidenti Ayaz Mütəllibov həyat yoldaşı Ədilə Mütəllibovanın dəfn mərasimində deyib.
“Bu, mənim üçün çox çətindir. Amma həyatın işidir, belə qiymətləndirmək lazımdır. Bizə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm”, - deyə A.Mütəllibov qeyd edib.

Xatırladaq ki, Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova bu gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında oğlu Azad Mütəllibovun məzarının yanında dəfn olunub.
Mərhumun 3 mərasimi iyulun 7-də Təzəpir məscidində keçiriləcək. /report/