Abşeron sakini  əvvəl qardaşı arvadını öldürdü, sonra intihara CƏHD ETDİ
    • 6-07-2019, 10:36
    • 1 269

Abşeron sakini əvvəl qardaşı arvadını öldürdü, sonra intihara CƏHD ETDİ

Abşeronda qətl törədilib.

hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Fərhad Abdullayev qardaşının həyat yoldaşı, 1969-cu il təvəllüdlü Aybəniz Kazımovanı başından bıçaqlayaraq qətlə yetirib. F.Abdullayev daha sonra bıçaqla özünə xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən F.Abdullayev polis nəzarəti altındadır.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. /APA/