-
- 3-12-2024, 11:39
- 467
UEFA-dan "Qarabağ"a yüksək məbləğdə cərimə
UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib.
News24.az xəbər verir ki, buna Azərbaycan çempionunun Bakıda "Ayaks"a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.
"Köhlən atlar" "komandanın düzgün olmayan davranışı"na (3 qırmızı, 5 sarı vərəqə) görə 14000 avro ödəyəcək.
Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olduğu üçün isə 12000 avro cərimələnib.
UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0. "Qarabağ"ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular - Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar.
Xatırladaq ki, UEFA daha əvvəl, mövsümün əvvəlində "Qarabağ"ı 28500 avro cərimələyib.\\report