“Turan Tovuz” “Kəpəz”ə, “Sabah” “Araz-Naxçıvan”a qarşı
İdman
Misli Premyer Liqasında 13-cü tur davam edir.
News24.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
“Turan Tovuz” öz meydanında “Kəpəz”i, “Sabah” isə “Araz-Naxçıvan”ı qəbul edəcək.
Misli Premyer Liqası 13-cü tur
28 noyabr
16:30. “Turan Tovuz” - “Kəpəz”.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov, Rəvan Həmzəzadə (VAR).
Tovuz şəhər stadionu.
19:00. “Sabah” - “Araz-Naxçıvan”
Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov, Əli Əliyev (VAR).
“Sabah Arena”.