-
- 4-12-2024, 01:49
- 1 940
Qarşıdakı 3 ildə dolların məzənnəsi üçün proqnoz: Görün neçəyə olacaq
Rusiya dövlət büdcəsinə əsasən, 2025-ci ildə dolların orta məzənnəsinin bir dollar üçün 96,5 rubl olacağı gözlənilir.
News24.az Publika.az-a istinadla xəbər verir ki, Sərhədsiz Ticarət Təşkilatının məlumatına görə, 2026-cı ildə dolların məzənnəsinin bir dollar üçün 100 rubl olacağı proqnozlaşdırılır.
Eyni zamanda, 2027-ci ildə dolların məzənnəsinin 1 dollar üçün 103,2 rubl olacağı ehtimal edilir.
Bununla belə, bəzi ekspertlər hesab edir ki, 2027-ci ilə qədər dollar 121 rubla yüksələcək.