Bakıda yataqxana binasında uçqun - VİDEO
    • 6-07-2019, 12:44
    • 787

Bakıda yataqxana binasında uçqun - VİDEO

Bakının Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, 9/8 ünvanında sökülən yataqxana binasında uçqun olub.

Hadisə ötən gün axşam saatlarında olub. Xəsarət alan olmayıb. Sakinlər bildirir ki, bina sökülən zaman təhlükəsizliyə tam riayət olunmayıb:
“Bina dağıldıqdan sonra ətraf lentlənib. Bir həftədir ki, kirayə mənzillərə köçmüşük. Nərimanov rayon İcra Hakimiyyətindən bizə bildiriblər ki, 18 ay sonra yeni mənzillə təmin olunacağıq”.

İcra Hakimiyyətindən verilən məlumata görə, bir neçə gündür qəzalı vəziyyətdə olan bina sökülür.

Qeyd edək ki, bir müddət əvvəl 30 ailənin bu binada təhlükəli vəziyyətdə yaşaması barədə reportaj hazırlanıb (oxu.az)