-
- 6-07-2019, 12:30
- 815
“Təəssüf ki, ATƏT-in vasitəçilik səyləri hələ də nəticə verməyib" - NAZİR
“Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik səyləri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası kimi nəticələri hələ də verməyib. Müzakirələrin bu konkret nəticəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, eləcə də ATƏT, Avropa İttifaqı və münaqişə ilə bağlı qərar qəbul edən demək olar ki, bütün beynəlxalq təşkilatların müvafiq sənədlərində təsbit edilib".
News24.az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Sakit Okean Alyansının 14-cü zirvə görüşündə çıxışı zamanı bildirib.
Nazir çıxışında qeyd edib ki, münaqişənin sülh yolu ilə həll olunmasına və ATƏT-in vasitəçiliyi ilə danışıqlar prosesində fəal mövqe tutmağa səy göstərən Azərbaycan, beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qeyri-qanuni işğalının nəticələrini möhkəmləndirməyi nəzərdə tutan hər hansı fəaliyyətdə iştirakdan çəkinəcəyini və təcavüzkarın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur edən tədbirlər görəcəyini gözləyir: "Bu xüsusda, bu ilin oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII Sammitində iştirak üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Alyans üzvlərinə dəvətini bir daha diqqətinizə çatdırmaq, həmçinin ölkəmiz tərəfindən Hərəkata sədrliyi dövründə beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsində Hərəkatın yüksək məqsədlərini daha da inkişaf etdirmək üçün bütün səylərini əsirgəməyəcəyini vurğulamaq istərdim".
E.Məmmədyarov bildirib ki, beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün hər cür səylər göstərərkən Azərbaycan, hələ də qonşu Ermənistanın davam edən hərbi təcavüzü ilə üzləşir və bu, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizin, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonunun işğalına; təxminən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün etnik təmizləməyə məruz qalmasına; Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələrin məhv edilməsinə gətirib çıxarıb: “Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatının sədri kimi seçilməsi, ölkənin bərabər tərəfdaşlıqları inkişaf etdirmək və hər hansı bir hərbi bloka qoşulmadan tarazlı siyasət aparmaq səylərinin daha bir vacib təsdiqidir”.