Cin insanın bədəninə necə girir, necə çıxır?
    • Dünən, 22:24
    • 176

Cin insanın bədəninə necə girir, necə çıxır?

İnsan bədəninə cin girməsi və yaxud da bədəndən cin çıxarmaq. Son zamanlar insanların maraq dairəsini həbs edən qalmaqallı mövzu məhs budur. Bəzi insanlar efirlərdə gördüklərini vahimə ilə izləyir və uzun müddət bunun təsirindən çıxa bilmirlər. Bəziləri isə belə bir məxluqların olmadıqlarını, bunların yalan şou olduğunu iddia edir.

Dünən ANS TV-nin "Adam içində" verilişində canlı yayımda baş verənlərdən sonra bu mövzu daha da aktuallaşdı. Bəs görəsən, cinlərin insan vücuduna girməsi nə dərəcədə doğrudur? Ümumiyyətlə, cinlər mövcuddurmu?

Həm özümüzün, həm də oxucularımızın maraqlarını nəzərə alaraq bütün bu söz-söhbətə aydınlıq gətirmək qərarına gəldik. Tam əvvəldən, cinlərin və başqa varlıqların yaranış dövründən başlasaq daha yaxşı olar.

Anspress yazır ki, Quranda 72-ci surə var "Cin surəsi" adlanır. Orada cinlərdən və onların bir birləri ilə dialoqundan bəhs olunur. Onların insana psixioloji təsirini heç kim inkar etmir, amma fiziki olaraq cinin insanın bədəninə daxil olması - nə Quranda, nə də peyğəmbərin hədislərində belə bir mövzu yoxdur.Müqəddəs Quranda bildirilir ki, Allah cini və insanları ona itaət etməsi üçün yaradıb. İnsanların bir dəstəsi ibadət edir, onlara mömin deyilir, ibadət etməyənlər günahkar hesab edilir, Allahı inkar edənlər isə "kafirlərdir". Üzdə özlərini mömün kimi göstərənlər, altda isə İslamı baltalayanlar münafiqlərdir. Eləcə də cinlərin kateqoriyaları var, Allaha inananları, inkar edənləri, müsəlman və kafirlər. Qurandan oxuduğumuzu deyə bilərik ki, orada da cinlər barəsində ətraflı yazılıb.Bir vaxtlar bu cin tayfası bizim kimi gözə görünən bir varlıq olub, Allaha itaət etmədiklərinə görə Allahın qəzəbinə gəliblər və tanrı bunları bu vəziyyətə, yani gözə görünməz edib. Onlar vaxtılə Süleyman peyğəmbərin (s.ə.s) ixtiyarında olublar. Bu barədə hədislərimiz də var.Beləliklə cinlərin kim olduqlarına aydınlıq gətirdik, amma bir məsələ də qalıb. Bəs cinlər nədən yaranıblar? Müqəddəs Quran mələyin, insanın və cinin yaranmasından xəbər verir. İnsanın yaranması barədə müxtəlif misallar var. Kitabda insanın qumdan, nütfədən, laxtalanmış qandan, palçıqdan yarandığı dəfələrlə qeyd edilir. Amma bunların bir cavabı var, bunların hamısı bir məqama qayıdır ki, bu da torpaqdır. Mələklərə gəldiyimizdə onların nurdan yarandığı, cinlərin isə tüstüsüz oddan yarandığı bildirilir. Bir məsələ var ki, bu dünyada həm tüstüsüz, həm tüstülü od görmüşük. Biz cinlərin dəqiq hansı oddan yarandığını bilmirik. O biri dünyada olandır, ya yox. Bu məsələnin bir tərəfi də var ki, insan elmi tərəfdən nə mələyin yaranmasını, nə cinin oddan yaranmasını subut edə bilməyib, edə bilməz də. Bunları bilmədikdən sonra cinin insan bədəninə daxil olmasını necə deyə bilərik axı? Ölkəmizdə çox sayda insanlar var ki, insanların bədəninə girdiyi cini çıxardaıqlarını iddia edirlər.Dindarlar bildirirlər ki, cinin psixioloji olaraq təsir etdiyi insana dualar oxunsa, o özünə gələr, amma cinin təsiri o dərəcədə ağırdır ki, əziyyət çəkən insan din, Quran, Allah, dua, namaz kəlməsini belə eşitmək istəmirlər.Ötən gün ANS telekanalında yayımlanan "Adam içində" proqramının canlı efirində dəhşətli hadisələr baş verirdi. İçinə cin girdiyi iddia edilən, özünü qəribə hallara salan gənc qız və ona qulluq edən 3-4 cinin olduğunu deyən ekstrasens Həsən Həsrəti arasında "cinlərin mübarizəsi gedirdi". Xanımın yaxınları onu sakitləşdirmək üçün dualar oxumaq istədikdə, qız qəti rədd edərək özünü daha da dəhşətli vəziyyətlərə saldı. Bütün baş verənləri görüb mövzumuza uyğun olaraq ilahiyyatçı İsmayıl Əhmədovdan məsələyə dini tərəfindən aydınlıq gətirməsini istədik.İsmayıl Əhmədov cinlərin varlığına inansa da, bu qeyri-adi nəxluqların insanın bədəninə girməsini qətiyyətlə inkar etdi: "Əvvəlcə sizin nəzərinizə çatdırım ki, qanın tərkibini bilməyən həkim qanı müalicə edə bilməz, sümüyün tərkibini bilməyən sınığ sümüyü bitişdirə bilməz. Bəs bu insanlar var ki, deyirlər mən cin çıxardıram, müalicə edirəm, onlar bunun tərkibini bilmədən necə müalicə edirlər? Axı onlar cinin nə olduğunu bilmirlər. Psixoloq onların hamısını qoysun qabağına, yoxlasın, bunları deyənlər özləri psixi xəstələrdir, normal insan deyillər. Özünü cindar kimi təqdim edən Həsən, hansı ki deyir mənim qulluq edən cinlərim var, mən ona dəfələrlə demişəm, əgər cinlər sənin tayfandırsa, onlarla məşğul olursansa, ay Həsən, istəyirsənsə millətinə xidmət edəsən, həmin o cinlərini göndər Qarabağa, onlar ki gözə görünmürlər, qoy desinlər haralarda minalar var, harada erməni kəşfiyyatı var. Əgər bacarırsansa, bu yolla millətinə xidmət elə, efirə çıxıb milləti aldatmaq lazım deyil boş-boş məsələlərlə".İlahiyyatçı, eləcə də, qeyd etdi ki, onlar cinləri yox, cinlər onları idarə edirlər: "Bunlar hamısı şeytanın, cinin idarə etdiyi insanlardır. Allahın idarə etdiyi insan belə ola bilməz! Psixologiyaları dəyişmiş şeytan sifət adamlardır bunlar".Ötən gün verilişə gətirilən, daxilinə cin girdiyi deyilən gənc qızın özünü qəribə, anormal aparması bir çox psixoloqlar tərəfindən epilepsiya xəstəliyi kimi adlandırıldı. Psixoloq Aidə Nəbiyeva da milyonlarla televiziya tamaşaçısının izlədiyi səhnənin, yəni qızın vəziyyətinin bu prosses epilepsiya xəstəliyində rast gəlinən tutmaların xüsusi bir forması olduğunu söylədi:"Eyni zamanda müalicələrin davamlı aparılmaması səbəbindən bu qızda bir patoloji pozuntu baş verib. Belə halda fərqli insanların müdaxiləsi mualicəni daha da çətinləşdirir: Belə ki, sənə vergi verilib səndə cin var sözləri ilə xüsusi neqativ özünütəlqin aparılır və nəticədə patologiya özünün daha ağır formasını alır. Quran ayələrinin on müsbət təsirinin səbəbi isə həmin ayələrin terapevtik və sakitləşdirici təsirinin olmasıdır.Psixoloq qızın Həsən Həsrətinin hərəkətlərinə verdiyi reaksiyanın qızın psixoloji durumunun gərginliyi ilə əlaqələndirdi: "Qızın psixoloji durumu gərgindir .Buna görə də onun haqqında danışarkən, bu cür aqressiv reaksiyalar verir və təbii ki, bu da ətrafdakı insanları narahat edir. Dəfələrlə bu cür pasientlərlə qarşılaşdığım üçün onların bu reaksiyaları məni təəccübləndirmədi".Tabeçiliyində bir neçə cinin olduğunu və insanların bədəninə girən cinləri çıxardğını iddia edən Həsən Həsrəti, cinlərin insan bədəninə necə girməsini və onların bədəndən necə çıxarılmasını belə izah etdi: "Bu hallara el arasında dəlilik deyilir, insan özünü apara bilmir. Diqqətsizlik, dolaşıq danışma, gözləri bərəldib zilləmək, əsəbilik, özündən çıxmaq, özbaşına harasa çıxıb getmək. Bunlar hamısı baş verir. Tapşırılmış cin sehirlənmiş insanın bədəninə daxil olur, onun beynində qərar tutur. Beynin fikirləşmə və yaddaş şöbələrində təzyiq göstərir və ya Allah bilir başqa nə işlərlə məşğul olur. Bu zaman sehirlənmiş insanın dəlilik əlamətləri aşkara çıxır.Xəstə etiraz etsə də, onun üçün əvvəlcə "Fatihə" surəsi oxunmalıdır. Ola bilsin ki, xəstə özündən getsin. Ən əsas "Əl Bəqərə" surəsinin ikinci ayəsi, "Əl Rəhman", "Buruc", "Əl Huməzzə", "Əl Kafirun" surələrini və bir neçə digər dualar oxumaq lazımdır. Bunlarla yanaşı, xəstəyə sakitləşdirici bitki məşəlli həblər verilməlidir ki, sakitləşsin. Əks halda Quranı oxuduğumuzda o, daha da coşub, bizə zərər verə bilər. Hətta Allahımızı, Peyğəmbərimizi təhqir edə bilər. Yəni bədəninə cin daxil olmuş insanın bu vəziyyəti normaldır."Həsən Həsrəti cinin insanın vücuduna hansı yolla yerləşməsinin izahını belə verdi: "Əsasən kim deyirsə ki, bu hallar baş vermir, yanlış fikirdədirlər. Mən öz gücümə əsaslanaraq deyirəm ki, cin insanı təsiri altına salır, bu mümkündür. Çünki onlar itaətsizlik göstərdikdə Allaha onları öz dərgahından qovduqda, ondan soruşurlar ki, harada yaşayacaqsan? Cin cavab verir ki, insanların qəlbində və axan qanlarında. Bunlar hamısı ərəb alimləri tərəfindən yazılmış hədislərdə bildirilir. İslam bunu təsdiqləyir. Necə ola bilər ki, cin insana təsir etməsin? Bu var, illərdir insanlar bunu görür, hətta xarici kanallarda bu barədə sənədli filmlər çəkilib."Həsən Həsrəti ötən gün "Adam içində" baş verənlərdən də danışmağı unutmadı: "Studiyaya daxil olduqda artıq hiss etdim ki, orada cin var. Yəni cinli xəstə var. İstədim ona kömək olum, mən özüm müsəlman cinlərlə işləyirəm. Mənim bir istəyim var, dövlətimin xəstə insanlarına əlimdən gələn qədər kömək edib, müalicə edim sağaldım.
- Mənim bir məqsədim var. Allah xətrinə, insanlıq xətrinə edirəm bunları. Hansısa bir cadu ilə etmirəm, sırf Allahın adı ilə ayətül surəsini oxuyaraq mən bu xəstələri müalicə edirəm. Məni yaxından tanıyan dindarlar var onlarda düşünür ki, bu surələri oxuyub insanları müalicə etmək heç də haram deyil. Mən haram işlə məşğul deyiləm, Allahımdan razıyam ki, gücüm var insanlara köməyim dəyir.Hədislərin birində Xaricä bin Əs-Sälət nəql etmişdir ki, onun əmisi Peyğəmbərin (s.ə.s) yanına gəlib islamı qəbul edib. Qayıdarkən yolla getdikdə bir tayfanın ərazisindən keçəndə ağaca zəncirlənmiş insan görür. Tayfa camaatı ondan soruşur ki, eşitmişik ağanız xeyirli bir şey göndərib, siz də bu dəlilərə şəfa verə bilirsiniz. Xaricə Bin Əs-Səllət deyir ki, mən onların bu sualına cavab olaraq, o dəli üçün Quranın Əl Fatihə surəsini oxudum. Dəli sağaldı, onlar da mənə 100 qoyun verdilər. Sonra o Allahın elçisinin yanına gedir ki, mən belə bir iş gördüm onlar mənə qoyun verdilər. Peyğəmbər cavab verib ki, ovsun etməklə qazanıb yemək batil işdir, sən isə haqqı ovsunla qazanmamısan, xeyir iş görmüsən, halaldır o sənə."//milli.az